Keniyada dinləyicilərinə ac qalmalarını söylədiyi iddia edilən bir təriqət lideri Paul Mackenzie Nthenge-nin saxlanılması ilə başlayan istintaq çərçivəsində 47 nəfərin cəsədi tapılıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, çox insanın aclıqdan ölməsi vəziyyətində Hz. İsa ilə görüşəcəklərini söyləyən Nthenge-nin saxlanılmasından sonra başlayan istintaq çərçivəsində çimərlik Malindi şəhərində aralarında uşaqların da olduğu 21 nəfərin meyiti tapılıb.
Bu gün verilən açıqlamada cəsədlərin sayının 47-yə çatdığı açıqlanıb.
Həyatını itirən şəxslərin dəqiq ölüm səbəbini müəyyən etmək üçün DNT nümunələri götürüləcək, müxtəlif analizlər aparılacaq.