Əsas məzmuna keç

Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan əraziyə gedib, tapşırıqlar verib

Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan əraziyə gedib, tapşırıqlar verib

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Badamdarda uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi işləri ilə tanış olub. Bu...

Fövqəladə hallar naziri Kəmaləddin Badamdarda uçqun təhlükəsi olan parçalarının ərazidən götürülməsi işləri ilə tanış olub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, ötən gün rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsi yaranıb və bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülərək aidiyyəti qurumlarla birlikdə müvafiq təhlükəsizlik tədbirlərinin görülməsi təmin edilib.

Oktyabrın 29-da səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerinə gəlib. Uçqun təhlükəsi olan qaya parçalarının ərazidən götürülməsi ilə əlaqədar görülən işlərlə yerində tanış olan nazir aidiyyəti üzrə müvafiq tapşırıqlar verib.

Hazırda Fövqəladə Hallar Nazirliyi aidiyyəti qurumlarla koordinasiyalı şəkildə uçqun riski olan qaya parçalarının ərazidən götürülməsi istiqamətində zəruri tədbirlər görür.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…