Əsas məzmuna keç

Kəmaləddin Heydərov Badamdarda sürüşmə sahəsinə baxış keçirib

Kəmaləddin Heydərov Badamdarda sürüşmə sahəsinə baxış keçirib

FHN rəhbəri intensiv yağışların fəsad törətdiyi Badamdar-20-ci sahə yoluna baş çəkib. Nəqliyyatın dayandığı zonada son vəziyyət və nazirin xüsusi tapşırıqları burada.

en ru

Son günlər yağan intensiv yağışlardan sonra yamacında sürüşmə sahəsində aktivliklə əlaqədar Badamdar-20-ci yolunda nəqliyyatın hərəkəti dayandırılıb, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, aprelin 5-i səhər saatlarında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin əraziyə gəlib.

Nazir yaranmış vəziyyətlə yerində tanış olub, məsələ ilə bağlı müvafiq qurumların rəsmiləri və mütəxəssislərlə fikir mübadiləsi aparıb, təklifləri dinləyib və aidiyyəti üzrə tapşırıqlar verib.

Kimdir?

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…