Əsas məzmuna keç

Kəlbəcərin Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkarlanıb

Kəlbəcərin Ağdaban kəndinin qəbiristanlığında minalanmış sahə aşkarlanıb

Azərbaycanın Qarabağ bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun Ağdaban kəndi ərazisindəki qəbiristanlıqda minalanmış sahə aşkar olunub. Bu...

Azərbaycanın bölgəsində əraziyə baxış zamanı Kəlbəcər rayonunun kəndi ərazisindəki qəbiristanlıqda sahə aşkar olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Ərazidə POMZ-2M tipli piyada əleyhinə minaların məftil çəkmə ilə qurulduğu müəyyən edilib.

Nazirlikdən qeyd olunub ki, bu tip minalar dairəvi şəkildə məhvetmə radiusuna malikdir və üzərindəki qəlpələrin parçalanması ilə ciddi fəsadlar yaradır.

Mülki şəxslərə və hərbi qulluqçulara qarşı təxribat törətmək məqsədilə qurulan minalar Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təhlükəsizlik qaydalarına riayət edilməklə zərərsizləşdirilib və ərazidən götürülüb.

Məlumata görə, azad edilmiş ərazilərin mina və partlamamış döyüş sursatlarından təmizlənməsi üzrə fəaliyyətlər davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…