Operativ Məlumat Mərkəzi

Kəlbəcərdə bir nəfər minaya düşüb - YENİLƏNİB

2 dəq
Paylaş:
Kəlbəcərdə bir nəfər minaya düşüb - YENİLƏNİB
Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb. Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, hadisə ilə...

Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, hadisə ilə bağlı cinayət işi açılıb.

"Baş prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğuya cavab olaraq bildirilir ki, iyulun 13-ü saat 20 radələrində 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində mina partlayışı nəticəsində ayağından xəsarət alması faktı üzrə Kəlbəcər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır", - deyə məlumatda qeyd olunub.

20:24 ***

Kəlbəcərdə arıçılıq təsərrüfatı ilə məşğul olan şəxs minaya düşüb.

DİN-in mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, iyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.

Hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. S.Əliyev xəsarət alıb.

Araşdırma aparılır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər