Operativ Məlumat Mərkəzi

Keçmiş məhkumdan 1 kq heroin götürülüb

1 dəq
Paylaş:
Keçmiş məhkumdan 1 kq heroin götürülüb
Bakıda Göyçay rayon sakinindən külli miqdarda heroin götürülüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən...

Bakıda Göyçay rayon sakinindən külli miqdarda heroin götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"ə verilən xəbərə görə, Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar.

Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər