Əsas məzmuna keç

Kaya Kallas: Rusiyaya qarşı 20-ci sanksiya paketi gecikir

Kaya Kallas: Rusiyaya qarşı 20-ci sanksiya paketi gecikir

Kaya Kallas Aİ-nin Rusiyaya qarşı 20-ci sanksiya paketinin taleyi ilə bağlı bədbin proqnoz verdi. Macarıstan və Peter Siyartonun sərt blokuna rəğmən nə baş verəcək?

en ru

"Avropa İttifaqı (Aİ) ölkələrinin Rusiyaya qarşı 20-ci sanksiyalar raundu ilə bağlı razılığa gəlməsi ehtimalı azdır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Aİ-nin və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi bildirib.

Onun görə, bu, təklif olunan məhdudlaşdırıcı tədbirlərə qarşı çıxan Macarıstanın mövqeyi ilə bağlıdır.

"Sabah bu dəhşətli müharibənin dörd ili tamam olur və təbii ki, 20-ci sanksiya ilə bağlı müzakirələr aparılacaq. Amma hamınızın bildiyi kimi, bu gün bu məsələdə hər hansı bir irəliləyiş olacağını düşünmürəm, amma mütləq israr edəcəyik. Macarıstandan çox ciddi bəyanatlar eşitdik və düşünmürəm ki, onlar mövqelərini dəyişəcəklər", - Kaya Kallas bildirib.

Daha əvvəl Macarıstanın xarici işlər naziri Siyarto Budapeştin Rusiyaya qarşı 20-ci sanksiyalar raundunu bloklayacağını açıqlamışdı.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…