Aİ Rusiyaya Ukrayna münaqişəsinin həlli ilə bağlı tələblər irəli sürüb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas regional ictimaiyyət adından Rusiyaya Ukraynadakı münaqişənin həlli ilə bağlı bir sıra tələblər təqdim edib.
Strana.ua nəşrinin məlumatına görə, diplomat Aİ üzv dövlətlərinin liderlərinə Moskvanın Kiyevlə münaqişəni həll etmək üçün atmalı olduğu addımları əks etdirən sənəd təqdim edib.
Tələblər sırasında Ukraynanın oxşar addımlarına cavab olaraq Rusiya qoşunlarının sayının azaldılması və müəyyən ərazilərdən çıxarılması yer alıb. Bundan əlavə, sənəddə Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan ərazilərin silahsızlaşdırılması və milli qanunvericiliyin beynəlxalq müqavilələrdən üstün tutulmasını nəzərdə tutan müddəaların ləğvi qeyd olunub.
Aİ nümayəndəsi həmçinin təzminatların ödənilməsi də daxil olmaqla bir sıra digər tələblər irəli sürüb.