Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Navrotski və Zelenski Ankarada görüş keçirdi

2 dəq
Paylaş:
Navrotski və Zelenski Ankarada görüş keçirdi

Polşa Prezidenti Ankarada keçirilən çərçivəsində Prezidenti Volodimir Zelenski ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Karol Navrotski NATO-nun rəsmi saytında yayımlanan mətbuat konfransında məlumat verib.

Polşa lideri Ukrayna Prezidenti ilə görüşünün konstruktiv və nəzakətli şəraitdə keçdiyini bildirib. O qeyd edib ki, tərəflər müxtəlif məsələlər üzrə fikir mübadiləsi aparıblar.

Navrotski tarixi məsələlərə də toxunaraq vurğulayıb ki, Polşa və Avropa Ukrayna Üsyan Ordusu (UPA) ilə bağlı hər hansı müsbət istinadları qəbul edə bilməz.

Bununla yanaşı, Polşa Prezidenti hesab edir ki, mövcud fikir ayrılıqlarına və tarixi mübahisələrə baxmayaraq, Varşava ilə Kiyev arasında dialoq davam etdirilməlidir.

Qeyd edək ki, daha əvvəl Polşanın Donald Tuskun rəhbərlik etdiyi partiyadan olan Avropa Parlamentinin deputatları Ukraynanın Avropa İttifaqına üzvlük müraciəti ilə bağlı illik hesabatda Volodimir Zelenskinin tənqid edilməsini tələb ediblər.

Məsələ ilə bağlı səsvermənin iyulun 8-də keçiriləcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax