Karlo Ançelotti karyerasında rekorda imza atıb

Karlo Ançelotti karyerasında rekorda imza atıb
16.09.2024 14:00
Aa
dəq

"Real" La Liqanın 5-ci turunda "Real Sosyedad"ı məğlub edib - 2:0.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Madrid klubunun baş məşqçisi Karlo Ançelotti üçün bu matç ardıcıl 32-ci məğlubiyyətsiz olub ki, bu da onun yeni şəxsi rekordu olub.

Sonuncu dəfə italiyalı mütəxəssisin rəhbərliyi altında “Real Madrid” bu ilin yanvarında “Atletiko Madrid”lə oyunda (2:4) uduzmuşdu.

Xatırladaq ki, “Real Sosyedad”la matçda Madrid klubunun heyətində Kilian Mbappe və Vinisius Junior fərqlənib. Hər iki futbolçu penaltidən fərqlənib.

Həftənin ən çox oxunanları