Kanada hökumətinin insan haqlarının pozulması ilə bağlı narahatlıqlar səbəbilə yanvarın 8-dən etibarən İsrailə “silahsız hərbi texnika” ixracını dayandırdığı iddia edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə adının açıqlanmasını istəməyən hökumət rəsmisi Ottava hökumətinin hərbi ixrac siyasəti ilə bağlı “Toronto Star” qəzetinə açıqlama verib.
Rəsmi bildirib ki, hökumət yanvarın 8-dən İsrailə silah və sursatdan başqa hərbi dəstək ləvazimatlarının ixracını insan hüquqlarının pozulması ilə bağlı narahatlıqlara görə dayandırıb.
Hökumətin söz mövzusu hərbi texnika üçün İsraildən tələblər almağa davam etdiyini qeyd edən səlahiyyətli, avadanlığın istifadə sahəsi dəqiqləşdirilənə qədər satışın həyata keçirilməyəcəyini bildirib.