Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən G20 Liderlər Zirvəsinə qatılan Kanadanın baş naziri Castin Trudeau təyyarəsindəki "texniki problemlər" səbəbindən Hindistanı tərk edə bilməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters"ə istinadən xəbər verir ki, nazir nasazlıq səbəbindən uçuşunu təxirə salmalı olub.
Kanada Baş Nazirliyi təyyarədə hansı problemin yaşandığı barədə ətraflı məlumat paylaşmayıb.