Kanadanın baş naziri Castin Trüdo general-leytenant Cenni Karinyanı Baş Qərargah rəisi təyin edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Bununla da ölkədə ilk dəfə olaraq qadın Baş Qərargah rəisi olub.
“Karyerası boyu onun görkəmli liderlik keyfiyyətləri, mükəmməlliyə sadiqliyi və xidmətə sədaqəti silahlı qüvvələrimiz üçün böyük sərvət olub”, - deyə Trüdo bildirib.
Qeyd edək ki, hərbi mühəndis olan Karinyan hərbi xidmətdə olduğu 35 il ərzində Əfqanıstan, Bosniya-Hersoqovina, İraq və Suriyadakı bölmələrə komandanlıq edib.
Kanadada ilk dəfə olaraq qadın qərargah rəisi təyin edilib
bu barədə xarici KİV məlumat yayıb. Bununla da ölkədə ilk dəfə olaraq qadın Baş Qərargah rəisi olub. “Karyerası boyu onun görkəmli liderlik...
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
"NATO-nun Əfqanıstanda hərbi infrastruktur yerləşdirməsi tamamilə qəbuledilməzdir"
Növbəti xəbər yüklənir…