Əsas məzmuna keç

Kanada - Bosniya oyunu heç-heçə ilə başa çatdı

Kanada - Bosniya oyunu heç-heçə ilə başa çatdı

Torontodakı 'Bimo Fild' arenasında keçirilən gərgin matçda Kayl Larin və Yovo Lukiçin qolları xalları bərabərləşdirdi. Mundialda növbəti oyunlar nə vaxtdır?

en ru

, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, B qrupunda mundialın ev sahiblərindən olan Kanada millisi Bosniya və Herseqovina yığması ilə qarşılaşıb. Torontodakı "Bimo Fild" stadionunda oynanılan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Hesabı 21-ci dəqiqədə Avropa təmsilçisinin heyətində Yovo Lukiç açıb. Kanadanın qoluna isə 78-ci dəqiqədə Kayl Larin imza atıb.

Qeyd edək ki, iyunun 13-ü səhər saat 05:00-da D qrupunun ABŞ - Paraqvay, axşam saat 23:00-da isə B qrupunun Qətər - İsveçrə oyunları keçiriləcək.

Dünya çempionatına iyulun 19-da yekun vurulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…