Kamran Əliyev: Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib

Kamran Əliyev: Azərbaycana qarşı cinayət törədən ermənilərin həbsi daha da sürətlənib
01.10.2023 12:02
Aa
dəq

Azərbaycana qarşı cinayətlər törədən erməni separatçılarının həbs olunması prosesi son zamanlar sürətlənib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Baş prokuror Kamran Əliyev deyib.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi başlayandan prokurorluq orqanları, o cümlədən digər hüquq-mühafizə orqanları tərəfindən erməni separatçıları, hərbi birləşmələrinin törətdikləri bütün cinayətlər sənədləşdirilib və sübutlar toplanılıb: "Şərti olaraq həmin cinayətləri dörd qrupa bölə bilərik. Birinci Qarabağ müharibəsi dövründə törədilmiş hərbi cinayətlər, insanlıq, sülh əleyhinə, dinc əhaliyə qarşı törədilmiş terror cinayətləri və digər xarakterli cinayətlər. İkincisi, atəşkəs elan olunandan İkinci Qarabağ müharibəsinə qədər olan dövrdür. Həmin dövrdə atəşkəs elan olunmasına baxmayaraq, erməni qanunsuz silahlı birləşmələri tərəfindən hərbçilərimizə və dinc əhalimizə qarşı cinayətlər törədilirdi. Həmin cinayətlər hamısı qeydə alınırdı, sənədləşdirilirdi və zəruri sübutlar toplanılırdı. Üçüncü kateqoriya 44 günlük Vətən müharibəsi dövründə törədilmiş cinayətlərdir ki, bunlar da həmin dövrdə tərəfimizdən sənədləşdirilib və sübutlar toplanılıb. Dördüncü kateqoriya Vətən müharibəsi başa çatdıqdan sonra 10 noyabr 2020-ci ildən sonrakı dövrü əhatə edir”.

Bütün bu işlər üzrə həm prokurorluq orqanları, həm hərbi prokurorluq və digər aidiyyəti istintaq qurumları, o cümlədən Dövlət Təhlükəsizlik Xidməti tərəfindən cinayət işlərinin başlanıldığını söyləyən Baş prokuror deyib: “103 belə cinayət işi başlanılıb və istintaqı aparılıb, həmin cinayətlərin törədilməsində iştirak edən 300-dən çox şəxs axtarışa verilib. Həmin şəxslərdən əvvəlki dövrlərdə də, İkinci Qarabağ müharibəsi dövründə də həbs olunanlar olub. Onların bir çoxu barəsində məhkəmə hökmləri var. Son zamanlar lokal antiterror tədbirlərindən sonra da bu proses daha da sürətlənib. Əslində Laçın sərhəd-buraxılış məntəqəsi mövcud olduqdan sonra axtarışda olan şəxslərin həbs olunması prosesi başlanıldı. Son zamanlar proses daha da sürətlənib. Həmin şəxslər barəsində Həm Baş Prokurorluqda, həm Hərbi Prokurorluqda, həm də Dövlət Təhlükəsizlik Xidmətində aidiyyəti işlər aparılır. Onların törətdikləri cinayətlər barəsində kifayət qədər sübutlar var. Axtarışda olan vəzifəli erməni separatçılarından dörd nəfəri artıq həbsdədir. Vətən müharibəsi dövründə Gəncənin raket zərbələrinə məruz qalması nəticəsində dinc əhalinin, körpələrin həyatını itirməsinə görə Davit Babayan, Araik Arutunyan və Cəlal Arutunyan axtarışa verilmişdi. Onların biri artıq həbsdədir, barəsində istintaq gedir. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti həmin şəxslər barəsində ətraflı məlumat alacaqlar. Axtarışda olan digər şəxslərə müraciət edirəm ki, könüllü olaraq Azərbaycan hüquq-mühafizə orqanlarına təslim olsunlar. Onsuz da gec-tez tapılaraq həbs olunacaqlar".

Həftənin ən çox oxunanları

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib

Goranboyda avtomobillə piyadanı qəsdən vurmaqda şübhəli bilinən şəxs həbs edilib
DAVAMIN OXU davamın oxu

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib

Azyaşlını girov götürüb, boğazına soyuq silah dayayan şəxs zərərsizləşdirilib
DAVAMIN OXU davamın oxu

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Tanışını itələyib xəsarət yetirərək öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb
DAVAMIN OXU davamın oxu

Beyləqanda silahlı insident olub

Beyləqanda silahlı insident olub
DAVAMIN OXU davamın oxu

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO

Paytaxt və bölgələrdə silsilə əməliyyatlar keçirib - FOTO
DAVAMIN OXU davamın oxu