Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Kamo Qriqoryan: Bir il axtarışda olan deputat oğlu təslim oldu

2 dəq
Paylaş:
Kamo Qriqoryan: Bir il axtarışda olan deputat oğlu təslim oldu

Çiçəklənən Partiyasının namizədi Martun Qriqoryanın böyük oğlu Kamo həbs edilib. Buna səbəb, onun barəsində açılmış xuliqanlıq və barəsində elan olunmuş rəsmi axtarış olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat "Armlur" nəşrinin yaydığı hesabatda yer alıb.

Məlumata görə, Kamo Qriqoryan iyunun 19-da vəkili ilə birlikdə istintaq orqanına könüllü olaraq gəldikdən sonra saxlanılıb. Bildirilib ki, Qriqoryan 2025-ci ilin iyun ayında açılmış üzrə təqsirləndirilən şəxsdir və o, təxminən bir ildir ki, hüquq-mühafizə orqanları tərəfindən axtarışa verilmişdi.

Məsələ ilə bağlı açıqlama verən vəkil Babayan bildirib ki, müvəkkili əvvəllər iki ay müddətinə həbsdə saxlanılıb. Qriqoryanın könüllü gəlişindən sonra məhkəmə onun iştirakı ilə həbs məsələsinə yenidən baxıb və məhkəməyəqədərki həbs qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edib.

Vəkilin sözlərinə görə, K. Qriqoryan ona qarşı irəli sürülən ittihamlar üzrə günahını etiraf etmir və hüquqi müstəvidə öz günahsızlığını sübut etmək niyyətindədir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax