Kamçatkada 4,7 bal gücündə zəlzələ qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyası məlumat yayıb.
Zəlzələnin ocağı Petropavlovsk-Kamçatskidən 117 km aralıda 42 km dərinlikdə baş verib.
Əlavə məlumat verilməyib.