Kamboca silahlı qüvvələri səhvən Tayland ərazisinə atəş açıb.
"Operativ Məlumat Mərkəzi-OMM" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Tayland Kral Ordusu bəyanat yayıb.
Məlumata görə, insidentdən dərhal sonra Kamboca hakimiyyəti Tayland tərəfi ilə əlaqə saxlayaraq baş verən hadisə ilə bağlı izahat verib.
Bəyanatda bildirilir ki, aparılan araşdırma nəticəsində mərminin Kamboca ərazisindən atılan minaatan mərmisi olduğu müəyyən edilib. Hadisə nəticəsində bir Tayland əsgəri yüngül qəlpə xəsarətləri alıb.