Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas ABŞ prezidenti Donald Trampın İrana qarşı mümkün hərbi müdaxilə planları ilə bağlı bəyanat verib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, Kallas regionda gərginliyin artırılmasının əleyhinə olduğunu vurğulayıb.
Diplomat çıxışı zamanı Yaxın Şərqdəki mövcud vəziyyəti dəyərləndirərək bildirib:
"Əgər söhbət zərbələrdən gedirsə, hesab edirəm ki, bu regionun yeni bir müharibəyə ehtiyacı yoxdur".
Qeyd edək ki, bir müddət əvvəl Kaya Kallas Avropa İttifaqının İranın "İslam İnqilabı Keşikçiləri Korpusu"nu (SEPAH) terror təşkilatı siyahısına saldığını açıqlamışdı. Bundan əlavə, rəsmi Brüssel İrandakı 15 vəzifəli şəxsə və 6 təşkilata qarşı yeni sanksiyalar paketini təsdiqləyib.