Operativ Məlumat Mərkəzi

Kaja Kallas: Rusiyaya qarşı sanksiyalar bu gün razılaşdırıla bilər

1 dəq
Paylaş:
Kaja Kallas: Rusiyaya qarşı sanksiyalar bu gün razılaşdırıla bilər
Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılaşmaya yaxındır. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

Avropa İttifaqı (Aİ) ölkələri Rusiyaya qarşı yeni sanksiyalar paketi ilə bağlı razılaşmaya yaxındır.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas deyib.

"Biz Rusiyaya qarşı 18-ci sanksiyalar paketi üzrə razılaşmaya yaxınıq. Ümid edirəm ki, bu, bu gün baş verəcək", - Kallas qeyd edib.

Qeyd olunur ki, bu gün Brüsseldə Aİ-nin 27 ölkəsinin nümayəndələrinin görüşü baş tutacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər