Əsas məzmuna keç

"Juventus" Alisson Bekkeri transfer etməyə hazırlaşır

"Juventus" Alisson Bekkeri transfer etməyə hazırlaşır

İtaliyanın "Juventus" klubu "Liverpool"un qapıçısı Alisson Bekkeri heyətinə qatmaq üçün danışıqlara başlayıb.

en ru

İtaliyanın "" klubu bazarında fəallığını artırır.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Turin təmsilçisi baş Luçano Spalletti ilə müqaviləni 2028-ci ilin iyununa qədər uzatdıqdan sonra, indi də komandanın heyətini gücləndirmək üçün hərəkətə keçib.

Klubun yay transfer pəncərəsindəki əsas hədəfi İngiltərənin "" komandasının qapıçısı Bekkerdir.

33 yaşlı braziliyalı qolkiperin hazırkı klubu ilə müqaviləsi 2027-ci ilə qədər olsa da, onun artıq bu keçidə ilkin razılıq verdiyi bildirilir.

Məlumata görə, Alissonu İtaliyaya cəlb edən əsas amil vaxtilə "Roma"da birlikdə çalışdığı Spalletti ilə yenidən işləmək imkanıdır.

"Gazzetta dello Sport" nəşrinin yaydığı xəbərə əsasən, qapıçının nümayəndələri ilə danışıqlar müsbət məcrada davam edir. Turin klubunda bu transferin reallaşacağına dair optimizm artır.

Görünən odur ki, "Juventus" rəhbərliyi yeni hədəflərə çatmaq üçün təcrübəli qapıçını yenidən A Seriyasına qaytarmaqda israrlıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…