Operativ Məlumat Mərkəzi

Jurnalistlər üçün ən təhlükəli ölkələr

1 dəq
Paylaş:
Jurnalistlər üçün ən təhlükəli ölkələr

Jurnalistlər üçün ən təhlükəli ölkələrin siyahısı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumatı “Sərhədsiz reportyorlar” təşkilatı yayıb.

Məlumata görə, jurnalistlər üçün ən təhlükəli ölkə İraq və Suriya, daha sonra isə Əfqanıstan hesab olunur. Bu ölkədə jurnalistlərin zorakılıqla qarşılaşması və qətlə yetirilməsi adi hal alıb.

Son 20 ildə dünyada 1660 jurnalist qətlə yetirilib. Ölüm hadisələri əsasən İraq, Suriya və Əfqanıstanda baş verib. Belə ki, İraqda 300, Suriyada isə 280 jurnalist qətlə yetirilib.

Hesabatda bildirilib ki, hazırda hər üç ölkə jurnalistlər üçün təhlükəlidir.

Həmçinin, jurnalistlər üçün təhlükəli ölkələr Yəmən, Somali, Fələstin hesab olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər