“İsrail ”Hizbullah" hərəkatının Livandakı qüvvələrinə qarşı istənilən hücumuna cavab verəcək".
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
O, İsrail qoşunlarının Livanın cənubundan geri çəkilmək niyyətində olmadığını vurğulayıb:
"İsrail qoşunlarını Livanın cənubundan çıxarmayacaq".
Netanyahu Livana gecə hücumlarından sonrakı mövcud vəziyyəti qiymətləndirmək üçün bu səhər İsrail müdafiə naziri İsrael Katz və Baş Qərargah rəisi Eyal Zamir ilə görüş keçirdiyini söyləyib.
"Mesajım çox aydındır. İsrail əsgərlərimizə və ya ərazimizə edilən hücumlara dözməyəcək və Hizbullahı bu hücumlara görə çox yüksək bədəl ödəməyə məcbur edəcəyik. İsrail Müdafiə Qüvvələri qüvvələrimizə və ərazimizə qarşı hər hansı bir təhdidin qarşısını almaq üçün tədbirlər görəcək", - o bildirib.
Baş nazir əlavə edib ki, İsrail ölkənin şimal yaşayış məntəqələrini qorumaq üçün lazım olduğu müddətcə cənubi Livandakı təhlükəsizlik zonasında qalacaq.
Netanyahu bildirib ki, gecə və səhər Livana edilən hücumlar, İsrail ordusunun respublikanın şərq hissəsindəki Bekaa vadisindəki komanda məntəqələri də daxil olmaqla, Hizbullahın 80-dən çox hədəfini vurması, Livanın cənubunda İsrail tank heyətlərinə edilən hücuma cavab idi.
"Bu toqquşmada polkovnik rütbəli batalyon komandiri də daxil olmaqla dörd əsgər həlak olub. Hizbullahın atəşkəsi kobud şəkildə pozması olan bu dəhşətli hücumundan sonra dünən gecə İsrail Müdafiə Qüvvələrinə Hizbullaha güclü zərbə endirməyi əmr etdim" - o qeyd edib.