İsrail Vaşinqtona İslam Respublikasına qarşı hərbi kampaniyanın yenidən başlamasını istədiyi barədə “aydın mesaj” göndərib.
“Operativ Məlumat Mərkəzi-OMM”xəbər verir ki, bu barədə İsrailin 11-ci kanalı Amerika və İsrail mənbələrinə istinadən məlumat yayıb.
Son məsləhətləşmələr zamanı ABŞ-nin İrandakı yanacaq və enerji obyektlərinə məhdud və hədəfli zərbələr endirmə variantı da gündəmə gətirilib.
Məlumata görə, bu addımların əsas məqsədi Tehrana təzyiqi artırmaq və İranı nüvə proqramı ilə bağlı danışıqlarda mövqeyini yumşaltmağa məcbur etməkdir.