İsrail, HƏMAS-ın Xan-Yunisdəki (Qəzza Zolağı) hərbi kəşfiyyat komandiri Məhəmməd Əbu Şalalın öldürüldüyünü bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun rəsmi məlumatında bildirilib.
Məlumata əsasən, əməliyyat İsrail Ordusu və ŞABAK-ın (İsrail təhlükəsizlik xidməti) birgə qüvvələri tərəfindən həyata keçirilib. Nəticədə Əbu Şalal dəqiq zərbə ilə öldürülüb.
Ordudan bildirilib ki, kəşfiyyat zabiti olan Əbu Şalal, 2023-cü il oktyabrın 7-də İsrailə hücumun planlaşdırılmasında bilavasitə iştirak edib.