Operativ Məlumat Mərkəzi

İsrail və ərəb ölkələri ABŞ-dən İrana hücum etməməyi xahiş edir

1 dəq
Paylaş:
İsrail və ərəb ölkələri ABŞ-dən İrana hücum etməməyi xahiş edir
İsrail və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmiləri Vaşinqtondan İrana hücum etməməyi xahiş ediblər.Məlumata görə, bu ölkələr hesab edir ki, İran...

İsrail və bir sıra ərəb ölkələri ABŞ-ni İrana qarşı hərbi zərbələrdən çəkinməyə çağırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” NBC telekanalının mənbələrinə istinadən xəbər verir ki, İsrail və adı açıqlanmayan bir neçə ərəb ölkəsinin rəsmiləri Vaşinqtondan İrana hücum etməməyi xahiş ediblər.

Məlumata görə, bu ölkələr hesab edir ki, İran hazırda kifayət qədər zəifləməyib və ABŞ-nin mümkün zərbələri ölkədə hakimiyyət dəyişikliyinə gətirib çıxarmaya bilər. Rəsmilər ABŞ-nin Prezidenti Donald Tramp administrasiyasına İrandakı vəziyyətin “daha da gərginləşməsini” gözləməyi və yalnız bundan sonra genişmiqyaslı hərbi əməliyyatlara baxmağı tövsiyə ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər