Operativ Məlumat Mərkəzi

İyulun 4-ü Moldovada milli matəm elan olunub

2 dəq
Paylaş:
İyulun 4-ü Moldovada milli matəm elan olunub

İyulun 4-ü Moldovada milli matəm elan olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Maya Sandu müvafiq sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, Kişineu Beynəlxalq Hava Limanında həlak olanların xatirəsini yad etmək üçün iyulun 4-ü ölkədə milli matəm günü elan edilib.

Sabah ölkənin bütün ərazilərində, eləcə də Moldova Respublikasının xaricdəki diplomatik və konsulluq nümayəndəliklərində dövlət bayraqları yarıya qədər endiriləcək.

Prezidentin ofisindən verilən məlumata görə, sabah saat 12:00-da həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Xatırladaq ki, iyunun 30-da Moldovanın paytaxtı Kişineudakı hava limanında atışma olub.

Türkiyədən Moldovaya gəldiyi təxminən edilən Tacikistan vətəndaşı odlu silahdan atəş açaraq 2 nəfəri qətlə yetirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər