Əsas məzmuna keç

İyulda temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub

İyulda temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub

2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub. Bunu Milli...

2024-cü ilin iyul ayının ötən günləri ərzində ölkə ərazisində orta aylıq temperatur iqlim normasından 3.4 dərəcə yüksək olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib k, buna baxmayaraq məlumatlarla müqayisədə rekord göstərici yenilənməyib.

“Ayrı-ayrı günlərdə qeyri-sabit keçib, arabir yağış yağıb, çaxıb. Bölgələrdə 6-9 gün, yarımadasında isə 4 gün yağıntılı keçib. Əksər bölgələrdə yağıntının miqdarı norma daxilində olub. İyul ayının ötən dövründə bölgələrdə şərq istiqamətli küləklər üstünlük təşkil edib”, - deyə o bildirib.

N.Mahmudovun sözlərinə görə, ayrı-ayrı günlərdə bəzi dağlıq və dağətəyi rayonlarda şərq küləyi qısa müddətə güclənib, bəzi günlərdə küləyin sürəti 15 m/s-dən çox olub.

Qeyd edək ki, gözlənilən şəraiti ilə bağlı öncədən əhaliyə, aidiyyəti qurumlara sarı və narıncı xəbərdarlıqlar verilib.

Hava proqnozu

14° Bakıda indiArabir yağış
  1. Bu gün Çiskin 14° 11° yağış 76%
  2. Sabah Tutqun 17° 13°
  3. Birisi gün Az buludlu 14° 8° yağış 83%
Bütün rayonlar üzrə proqnoz ›

Yağış, qar və güclü külək barədə xəbərdarlıq alın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…