Fevralda İtaliyanın dövlət borcunun həcmi daha 21,6 milyard avro artaraq yeni tarixi maksimuma - 2,772 trilyona çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" “Corriere della Sera” qəzetinə istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.
“2022-ci ildə İtaliyada cari qiymətlərlə 1,909 trilyon avro dəyərində məhsul və xidmətlər istehsal edilib. Beləliklə, borcun ÜDM-ə nisbəti 145% təşkil edir ki, bu da ölkənin inkişaf perspektivlərinə və iqtisadi siyasətinə ciddi təzyiq göstərir”, - nəşr yazıb.
İtaliya İstehlakçıları Milli Birliyinin prezidenti Massimiliano Dona bildirib ki, hazırkı dövlət borcunu bütün italyanlar üzrə bölsək, hər bir vətəndaşın 46 960 avro borcu olacaq.