Əsas məzmuna keç

İtaliya Rusiya və Belarus vətəndaşlarının aktivlərini dondurub

İtaliya Rusiya və Belarus vətəndaşlarının aktivlərini dondurub

İtaliya hökuməti Avropa İttifaqının (Aİ) tətbiq etdiyi sanksiyalarla əlaqədar və vətəndaşlaırnın təxminən 2 milyard məbləğində hesablarını, daşınar və daşınmaz əmlakını və digər aktivlərini dondurub.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bunu İtaliyanın Maliyyə İnformasiyaları İdarəsinin rəhbəri Enzo Serata bildirib.

"Bu ilin iyun ayının sonuna olan məlumata görə, 170 maliyyə əməliyyatı dondurulub. Dondurulmuş vəsaitlərin ümumi 330 milyon avrodan çoxdur", - o söyləyib.

Qeyd edək ki, Avropa Komissiyasının ədliyyə məsələləri üzrə komissarı Didye Reynders Ukraynada müharibə başlayandan sonra Rusiyanın Avropa İttifaqında dondurulan suveren aktivlərinin dəqiq məbləği 207 milyard avro təşkil etdiyini bildirib. Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya Mərkəzi Bankının aktivləri də daxil olmaqla, Avropada dondurulmuş 207 milyard avro məbləğində Rusiya aktivlərindən əldə edilən gəlirlərin Ukraynanın bərpasının maliyyələşdirilməsi üçün istifadə imkanlarını nəzərdən keçirir.

Valyuta məzənnəsi

Mərkəzi Bankın rəsmi məzənnəsi, 16.10.2026

Banklarda alış-satış ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…