Operativ Məlumat Mərkəzi

İtaliya klubunun futbolçusu Azərbaycan millisi ilə oyuna çağırılacaq

1 dəq
Paylaş:
İtaliya klubunun futbolçusu Azərbaycan millisi ilə oyuna çağırılacaq
baş məşqçi Ralf Ranqnik martdakı qarşılaşmalar üçün 22 yaşlı müdafiəçiyə dəvət göndərəcək. 65 yaşlı mütxəssis heyətdəki itkilərə görə bu addımı atacaq....

İtaliya "Salernitana"sının futbolçusu Flavius Danilyuk Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə mərhələ oyununda Avstriya yığmasına debüt edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli mətbuata istinadən xəbər verir ki, baş məşqçi Ralf Ranqnik martdakı qarşılaşmalar üçün 22 yaşlı müdafiəçiyə dəvət göndərəcək. 65 yaşlı mütxəssis heyətdəki itkilərə görə bu addımı atacaq.

Danilyuk bunadək ölkəsinin U-21 yığmasının kapitanı olub.

Qeyd edək ki, Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində ilk oyununu 2023-cü il martın 24-də səfərdə Avstriyaya qarşı keçirəcək. Belçika, İsveç və Estoniya da F qrupunda mübarizə aparacaqlar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər