Əsas məzmuna keç

İtaliya klubu “Bavariya”nın 13 illik uğurlu seriyasına son qoyub

İtaliya klubu “Bavariya”nın 13 illik uğurlu seriyasına son qoyub

Almaniyanın “Bavariya” klubu 13 ildən sonra ilk dəfə avrokuboklarda İtaliya klubuna məğlub olub. Münhenlilər ötən gün UEFA Çempionlar Liqasının 1/8 final...

Almaniyanın “Bavariya” klubu 13 ildən sonra ilk dəfə avrokuboklarda İtaliya klubuna məğlub olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici mətbuata istinadən xəbər verir ki, münhenlilər ötən gün UEFA Çempionlar Liqasının 1/8 mərhələsinin ilk oyununda səfərdə “”ya 0:1 hesabı ilə uduzub.

Bundesliqa nəhəngi sonuncu dəfə 2011-ci ilin mart ayında avrokuboklarda İtaliya təmsilçisi ilə bacarmayıb. Münhenlilər həmin vaxt Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmasında “İnter”lə dueldən məğlub ayrılıb - 2:3.

Qeyd edək ki, “Bavariya” “Latsio” ilə cavab görüşünü martın 5-də keçirəcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…