İsveçdə Qurani-Kərim yandırılıb

İsveçdə Qurani-Kərim yandırılıb
29.02.2024 09:27
Aa
dəq

İsveçdə anti-islam fəal iraqlı Salvan Momika növbəti dəfə Qurani-Kərimi yandırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Aksiya Stokholm polisinin icazəsi ilə həyata keçirilib.  

Stokholm məscidi yaxınlığında baş tutan aksiyanı media nümayəndələri də daxil olmaqla 250-dən çox insan izləyib.

Momika Quran nüsxəsini yandırarkən, onlarla polis onu əhatəyə alıb və kənar şəxslərin müdaxiləsindən qoruyub. 

Orada olanlardan bəziləri Salvan Mömikin ünvanına təhqirlər səsləndiriblər. İzləyən şəxslətdən biri daş atmağa çalışıb, o, polis tərəfindən saxlanılıb.

İsveç qanunvericiliyinə əsasən, sözügedən şəxs, Müsəlmanların müqəddəs kitabını cəmiyyət içində yandırdığı üçün yox, ictimai yerdə od qalamağa görə cəzalanacaq.  Polis bu səbəbdən cərimə olunacağı barədə Momikaya əvvəlcədən xəbərdarlıq edib. 

Qeyd edək ki, ötən ilin avqust ayından İsveç və Danimarkada Qurana qarşı hücumların artması müsəlman ölkələrində böyük etirazlara səbəb olub. 

2022-ci ilin martından bəri NATO-ya qoşulmağı hədəfləyən İsveçin alyansa üzvlüyünü uzun müddət ratifikasiya etməyən Türkiyədə, xalq həftələrlə davam edən aksiyalar təşkil edib. Onlar hökumətdən Qurana olunan hörmətsizlik səbəbilə Stokholmun üzvülüyü ilə bağlı ratifikasiya qərarı verməməsini tələb edib.  

Həftənin ən çox oxunanları

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib

İspaniya İsrailə silah aparan gəminin limanlarında dayanma tələbini rədd edib
DAVAMIN OXU davamın oxu

Niderlandda bir qadının evtanaziyasına icazə verilib

Niderlandda bir qadının evtanaziyasına icazə verilib
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb

Almaniyada binada yanğın baş verib, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb

Almaniyada binada yanğın olub, 3 nəfər ölüb
DAVAMIN OXU davamın oxu

Slovakiyanın Baş naziri yaralanıb

Slovakiyanın Baş naziri yaralanıb
DAVAMIN OXU davamın oxu