NATO-nun baş katibi Yens Stoltenberq "X" sosial media hesabındakı paylaşımında İsveçin rəsmi olaraq NATO-ya üzv olduğunu açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, İsveç NATO-nun 32-ci üzvü oldu.
"İsveç NATO-nun 32-ci üzvü oldu və masamızda öz layiqli yerini tutdu. Bazar ertəsi NATO qərargahında onların bayraqlarını qaldırmağı səbirsizliklə gözləyirəm".
Martın 11-də NATO-nun Brüsseldəki qərargahında rəsmi mərasim keçiriləcək və orada İsveç bayrağı qaldırılacaq.
Macarıstan Milli Assambleyası fevralın 26-da İsveçin NATO-da iştirakını təsdiqlədi və bununla da bütün müttəfiqlər üçün təsdiqləmə prosesi başa çatdı.