Türkiyənin milli müdafiə naziri Yaşar Gülər İsveçin hansı şərtlər altında NATO-ya üzv ola biləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Yaşar Gülər jurnalistlərə açıqlamasında bildirib:
"İkitərəfli görüşlərimizdə biz NATO-nun “Açıq Qapı Siyasəti”ni dəstəklədiyimizi və İsveçin Üçtərəfli Memorandumda qeyd olunan öhdəlikləri konkret şəkildə yerinə yetirdiyi təqdirdə Finlandiya kimi NATO üzvü ola biləcəyimizi bəyan etdik", - deyə nazir qeyd edib.