İstanbulda axtarılan 119 min 958 şübhəli tutulub.
"Operativ Məlumat Mərkəzi-OMM" Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbulda son 10 ayda həyata keçirilən ictimai asayiş yoxlamaları və əməliyyatlar zamanı müxtəlif cinayətlərə görə axtarışda olan 119 min 958 nəfər tutulub.
Yanvarın 1-dən oktyabrın 10-dək şəhərin hər yerində, xüsusilə “oğurluq”, “dələduzluq”, “talama”, “qətl”, “seksual zorakılıq”, "cinsi istismar" və s. cinayətləri ilə həbs cəzası almış və axtarışda olan digər şəxslər barəsində tədbirlər həyata keçirilib.