Əsas məzmuna keç

İstanbul Bələdiyyə başçısı saxlanılıb

İstanbul Bələdiyyə başçısı saxlanılıb

bununla bağlı Türkiyə KİV məlumat yayıb. Bildirilib ki, 65 yaşlı Köseler iqtisadi cinayətlərlə bağlı istintaq çərçivəsində saxlanılıb. Beyköz Baş...

Beyköz rayon bələdiyyəsinin başçısı Alaattin Köseler bu gün səhər tezdən İstanbulda saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı KİV məlumat yayıb.

Bildirilib ki, 65 yaşlı Köseler iqtisadi cinayətlərlə bağlı istintaq çərçivəsində saxlanılıb.

Beyköz Baş Prokurorluğu “tenderi saxtalaşdırma” maddəsi ilə şübhəli bilinən 4 nəfər, o cümlədən rayon bələdiyyəsinin başçısı haqqında qərarı çıxarıb.

Həmçinin 17 şübhəli barəsində “tender saxtakarlığı” və “təşkilat yaratmaq, üzv olmaq və cinayət törətməyə köməklik göstərmək” ittihamları ilə həbs, saxlama və axtarış qərarı çıxarılıb.

Həbs İstanbul İl İdarəsi və Maliyyə Cinayətləri ilə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib.

Şübhəlilər dindirilmək üçün İstanbul Polis İdarəsinə aparılıb.

Bu həbs geniş rezonans doğurub - Kösellerin müxalif Cümhuriyyət Xalq Partiyasını təmsil etdiyini nəzərə alsaq, onun funksionerləri "siyasi səbəblərə görə" təqib olunduğundan şübhələndiklərini bildiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…