İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağında həyata keçirdiyi hücumlarda həyatını itirənlərin sayı 33 207 nəfərə yüksəlib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Qəzza zolağında son 24 saatda həyata keçirilən hücumlarda daha 32 fələstinli həyatını itirib, 47 fələstinli isə yaralanıb.
Bununla da İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda, yaralıların sayı isə 75 933-ə yüksəlib.