Operativ Məlumat Mərkəzi

İsrailin Qəzzaya hücumlarında can itkisi 23 min 469-a yüksəlib

1 dəq
Paylaş:
İsrailin Qəzzaya hücumlarında can itkisi 23 min 469-a yüksəlib
bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail qüvvələri son 24 saat ərzində ailələri hədəf alan “10 qırğın” törədib və bu qətliamlarda 194...

İsrail ordusunun həyata keçirdiyi hücumlarda ölən fələstinlilərin sayı son 24 saatda 112 nəfər artaraq 23 min 469-a yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyi məlumat yayıb.

İsrail qüvvələri son 24 saat ərzində ailələri hədəf alan “10 qırğın” törədib və bu qətliamlarda 194 nəfər yaralanıb. Bununla da yaralı sayının isə 59 min 604-ə yüksəldiyi bildirilib.

Ölənlərin 70 faizinin qadın və uşaqlar olduğu bir daha vurğulanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər