İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 7326-a çatıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Qəzza Səhiyyə Nazirliyindən məlumat verilib.
Məlumata əsasən, vəfat edənlər arasında 3038 uşaq, 1026 qadın, 414 qocanın olduğu bildirilib. Hücumlar nəticəsində 18 967 nəfər yaralanıb.