Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra İsrail şiə Hizbullah partiyasının silahlı qanadı və Fələstin HƏMAS hərəkatı ilə eyni vaxtda hərbi əməliyyatlar keçirməyi planlaşdırırdı, lakin ABŞ İsraili bu niyyətlərdən çəkindirdi.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti yazıb.
“Oktyabrın 7-dən sonra Həmas və Hizbullaha eyni vaxtda hücumlar planlaşdırdığı bildirilən baş nazir Benyamin Netanyahunun rəhbərlik etdiyi İsrailin hərbi kabineti ABŞ-ın təzyiqi ilə qarşısı alınıb”
O vaxtdan bəri İsrailin rəsmi mövqeyi Qəzza zolağında HƏMAS-ın məhv edilməsi, onun birinci prioritetidir.