İsrailin körfəz ölkələrindən Qəzzaya dəniz yolu ilə humanitar yardım göndərilməsinin planlaşdırıldığı bildirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İsrailin Kanal 13 televiziyası məlumat verib.
Sözügedən yardımın əvvəlcə gəmi ilə Cənubi Kipr Rum Administrasiyasına göndəriləcəyi və orada İsrail rəsmiləri tərəfindən yoxlanılacağı bildirilib.
Yoxlamaları tamamlanan yardımların buradan gəmi ilə gətirilməsinə və dəniz yolu ilə Qəzzaya daxil olmasına İsrail rəhbərliyinin icazə verəcəyi iddia edilib.
Nəqliyyat xərcləri Birləşmiş Ərəb Əmirlikləri tərəfindən qarşılanacaq yardımın "yaxın günlərdə" Cənubi Kiprə yola düşəcəyi və Ramazandan əvvəl Qəzzaya çatdırılmasının hədəfləndiyi bildirilib.