İslam İnqilabı Keşikçiləri Korpusunun ən azı 11 yüksək rütbəli zabiti İsrailin Dəməşq Beynəlxalq Hava Limanına hücumu nəticəsində həlak olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Mənbələrin bildirdiyinə görə, İran rəsmiləri “Dəməşq hava limanında yüksək səviyyəli nümayəndə heyətini qəbul ediblər”.
Telekanal Şərqi Suriya İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Nur Rəşidin hücumda yaralandığını bildirib.