İsraildə mübahisəli məhkəmə islahatları çərçivəsində Ali Məhkəmənin səlahiyyətlərini məhdudlaşdıran qanun layihəsini parlamentin qəbul etməsindən sonra başlayan etirazlar yenidən alovlanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, etirazçılar və polis arasında qarşıdurma baş verib.
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan və təyziqli su şırnaqlarından istifadə edib.
İsrail Tibb Assosiasiyası mübahisəli qanun layihəsinin təsdiqinə cavab olaraq sabahdan etibarən 24 saatlıq tətil edəcəklərini açıqlayıb. Həkimlər yalnız təcili xəstələrə xidmət göstərəcəklər.