Əsas məzmuna keç

Dünya Çempionatı matçı zamanı qarşıdurma: Onlarla saxlanılan var

Dünya Çempionatı matçı zamanı qarşıdurma: Onlarla saxlanılan var

Stadionun girişində maskalı şəxslərin polisə hücumu nəticəsində gərgin anlar yaşanıb, lakin oyun planlaşdırıldığı vaxtda başlayıb.

en ru

şəhərində keçirilən "" matçı ərəfəsində ciddi insident qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, maskalı şəxslərdən ibarət bir qrup stadionun girişinə daxil olmağa cəhd edərkən əməkdaşlarına hücum edib.

Hücum zamanı asayiş keşikçilərinə daş, kərpic və "molotof kokteyli" atılıb. Hadisə nəticəsində bir neçə polis əməkdaşı xəsarət alıb.

Meksika Vətəndaş Təhlükəsizliyi Katibliyinin sözçüsü bildirib ki, ərazidə toplaşan təxminən 800 etirazçıdan ibarət iki qrupdan ayrılan 200-ə yaxın maskalı şəxs təxribat törədib.

Paytaxt polisi vəziyyəti qısa müddətdə nəzarət altına alıb və onlarla şəxs saxlanılıb.

Rəsmilər vurğulayıblar ki, bu qarşıdurma siyasi xarakter daşımır və ölkədəki digər sosial etirazlarla birbaşa əlaqəli deyil.

Stadion ətrafında 3 kilometrlik yolun bağlanmasına və bir neçə etirazçı qrupunun toplaşmasına baxmayaraq, qarşılaşmanın təxirə salınması ilə bağlı narahatlıqlar özünü doğrultmayıb.

Oyun planlaşdırıldığı vaxtda start götürüb. Həmçinin, şəhərin mərkəzindəki "Zócalo" meydanında təşkil olunan " Fanfest" tədbiri də cəhdlərinə rəğmən normal qaydada davam edib.

Qeyd edək ki, Meksika Prezidenti "Claudia Sheinbaum" biletini 21 yaşlı lotereya qalibinə hədiyyə etdiyi üçün oyunu stadiondan izləməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…