İsrail parlamenti Knessetin sol partiyaları təmsil edən deputatları Ayman Ude və Ofer Kasif ABŞ Prezidenti Donald Trampın çıxışı zamanı təxribat cəhdi etdiklərinə görə iclas zalından çıxarılıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, bu an parlament televiziya kanalının canlı yayımında əks olunub.
Müxalifət nümayəndələrindən biri Trampın çıxışı zamanı üzərində yazı olan plakat qaldırıb. ABŞ Prezidenti qısa fasilə verib və bu müddətdə mühafizəçilər siyasətçiləri dərhal zaldan çıxarıblar.
Plakatda “Fələstini tanıyın” çağırışı yazılıb.