Əsas məzmuna keç

İsraildə qalan son üç fəal İordaniyaya keçərək ölkəni tərk edib

İsraildə qalan son üç fəal İordaniyaya keçərək ölkəni tərk edib

bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, İranla mövcud münaqişə nəticəsində Ben Qurion hava limanının davamlı olaraq...

Ötən həftə İsrailin Qəzzaya qarşı blokadasını yarmağa çalışan İsraildə qalan son üç Madlin gəmisi ilə Allenbi keçidindən İordaniyaya keçərək ölkəni tərk edib.

"Operativ Məlumat Mərkəzi-OMM" “The Times of Israel” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, İranla mövcud münaqişə nəticəsində Ben Qurion hava limanının davamlı olaraq bağlanması səbəbindən onlar İordan çayının qərb sahili vasitəsilə qurudan tranzit keçmək məcburiyyətində qalıblar.

Qeyd edilib ki, üç fəal hollandiyalı Marko van Rennes, fransalı Paskal Maurieras və fransalı Yanis Mhamdidir. Onlar çərşənbə axşamından bəri Ramledəki Givon həbsxanasında həbsdə idilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…