İsrailin Baş nazir Benjamin Netanyahuya qarşı etiraz aksiyaları başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istadən xəbər verir ki, buna səbəb Netanyahunun rəhbərlik etdiyi koalisiya Ali Məhkəmənin mübahisəli məhkəmə tənzimləməsində hökumət üzərində nəzarətini azaldacaq qanun layihəsini Baş Assambleyaya təqdim etməsi olub.
Nümayişçilər səhər saatlarından əllərində İsrail bayraqları ilə paytaxt Təl-Əvivin simvolik nöqtələrindən biri olan Həbimə meydanına toplaşıblar.
Etirazların nə vaxt başa çatacağı məlum deyil.