Operativ Məlumat Mərkəzi

İsrailin yanvar ayında həbs etdiyi fələstinlilərin sayı açıqlanıb

1 dəq
Paylaş:
İsrailin yanvar ayında həbs etdiyi fələstinlilərin sayı açıqlanıb
bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azadlığa Çıxan Nümayəndə heyəti tərəfindən edilən birgə yazılı...

Yanvar ayında İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində və Qüdsdə 1236 fələstinlini nəzarətə götürdüyü bildirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azadlığa Çıxan Nümayəndə heyəti tərəfindən edilən birgə yazılı açıqlamada məlumat verilib.

Belə ki, işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 7 oktyabr 2023-cü ildən bu yana nəzarətə alınanların sayının 6 min 870-ə yüksəldiyi də bildirilib.

Saxlanılanlardan 52-nin jurnalist, 215-nin qadın, 400-dən çoxunun isə uşaq olduğu, saxlanılanların bəzilərinin sonradan sərbəst buraxıldığı qeyd edilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər