Operativ Məlumat Mərkəzi

İsrail XİN başçısı Azərbaycanda baş verən hadisəyə görə İranı ittiham edib

1 dəq
Paylaş:
İsrail XİN başçısı Azərbaycanda baş verən hadisəyə görə İranı ittiham edib
Serbiyaya rəsmi səfəri zamanı Koen "hücumun arxasında Tehran dayanır" deyib. “İran terrorizmi qlobal təhlükədir, bunu biz son bir neçə gündə İsrailin...

İsrailin xarici işlər naziri Eli Koen bəyan edib ki, İsrailin Azərbaycandakı səfirliyinə törədilən terror aktına görə İran məsuliyyət daşıyır.

"Operativ Məlumat Mərkəzi-OMM" "Timesofisrael"ə istinadən xəbər verir ki, Serbiyaya rəsmi səfəri zamanı Koen "hücumun arxasında Tehran dayanır" deyib.

“İran terrorizmi qlobal təhlükədir, bunu biz son bir neçə gündə İsrailin Azərbaycandakı səfirliyinə hücum cəhdində, son aylarda isə Kipr və Yunanıstanda israillilərə və yəhudilərə hücum cəhdlərində gördük”, - Koen deyib.

Onun sözlərinə görə, İran hücuma cəhd edən terror təşkilatını maliyyələşdirib və ona göstərişlər verib.

Koen beynəlxalq ictimaiyyəti İranın terror fəaliyyətlərinə müqavimət göstərmək üçün birləşməyə çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər